Goranboyda peyvənd vurulan körpə ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib.
Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
O, iynənin təsirindən şoka düşərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Report)