
Goranboyda peyvənd vurulan körpə ölüb.
AFN.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib.
Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Məlumata görə, körpə iynənin təsirindən şoka düşərək vəfat edib.
Faktla bağlı araşdırma aparılır.