AZ

İranın Yol və Şəhərsalma naziri Azərbaycana səfərə gəlib

Yazını böyüt
Yazını kiçilt

İranın İslam respublikasının Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiqin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib. Heyətə nazirliklərin, iqtisadi qurumların və İran özəl sektorunun nümayəndələri daxildir.

Hafta.az yazır ki, nazir Sadiqi Bakıya səfəri zamanı Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, eləcə də İranın ölkəmizdəki səfiri tərəfindən qarşılanıb.

Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycanın yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.

Seçilən
17
4
hafta.az

10Mənbələr