AZ

El Menço MƏHV EDİLDİ – VİDEO

ABŞ-ın dəstəyi ilə Meksikada “El Menço” zərərsizləşdirildi

Meksikanın Meksika Müdafiə Nazirliyi bildirib ki, xüsusi təyinatlı qüvvələr Tapalpa şəhərində, Xalisko ştatında Xalisko Yeni Nəsil Karteli (CJNG) lideri Nemesio Oseguera Cervantesə (El Menço)  qarşı genişmiqyaslı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, reyd zamanı hərbçilər silahlı hücuma məruz qalıb və cavab atəşi açıblar. Nəticədə kartelin bir neçə üzvü zərərsizləşdirilib. Məlumata görə, Ruben “N” kimi təqdim edilən “El Menço” ağır yaralanıb və hava yolu ilə təxliyə edilərkən dünyasını dəyişib, lakin onun şəxsiyyətinin rəsmi təsdiqi hələ tamamlanmayıb. Əməliyyat zamanı iki nəfər saxlanılıb, qumbaraatanlar da daxil olmaqla ağır silahlar müsadirə edilib, üç hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, əməliyyat Meksika kəşfiyyat xidmətlərinin dəstəyi və ABŞ hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Hadisədən sonra Xalisko ştatına əlavə təhlükəsizlik qüvvələri göndərilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
20
konkret.az

1Mənbələr