AZ

KİV: Meksikada ən böyük narkokartellərdən birinin lideri zərərsizləşirildi, ölkədə gərginlik artdı VİDEO

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Meksikanın ən böyük narkokartellərindən biri olan "Xalisko Yeni Nəsil" kartelinin lideri "El Menço" ləqəbli Nemesio Osegera Servantes ordunun xüsusi əməliyyatı zamanı öldürülüb.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Milenio" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, cinayətkar qrupun lideri fevralın 22-də Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) hərbi əməliyyat nəticəsində zərərsizləşdirilib. Еəhlükəsizlik qüvvələrinin hərəkətlərinə cavab olaraq kartel üzvləri Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında magistral yolları bağlamağa, maşınları və tikililəri yandırmağa başlayıblar.

Qeyd edək ki, "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra Servantes ölkənin ən güclü narkobaronu hesab olunurdu. Onun üzvü olduğu qruplaşma narkotik ticarətinin əhəmiyyətli bir hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
10
oxu.az

10Mənbələr