AZ

Lənkəran və Masallıda canavarlar kəndləri qorxu içində saxlayır – FOTO

Canavarlar kəndlərə hücum çəkir.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gündür ki, canavarlar kəndləri qorxu içində saxlayır. Canavarlar əsasən Lənkəran rayonunun Zövlə və Masallı rayonunun Mollon, eləcə də Mahmudavar kəndlərində mal-qaraya, atlara hücum çəkib, bəzilərini parçalayıblar. Sakinlər deyir ki, valideynlər artıq övladlarını məktəbə göndərməyə qorxur. Onlar məcbur qalıb əllərinə balta, yaba, dəryəz götürərək canavarları kəndlərdən uzaqlaşdırmağa çalışırlar.

Qeyd edək ki, canavarların heyvanlara hücum çəkib parçalaması nəticəsində, vətəndaşlara küllü miqdarda ziyan dəyib.

Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılmasında onlara köməklik göstərilməsini xahiş edirlər.

Seçilən
18
13
nocomment.az

10Mənbələr