Lənkəran və Masallıda canavarlar kəndlərə hücum edib, mal-qaranı parçalıyıb.
Paytaxt.org xəbər verir ki, bir neçə gündür ki, canavarlar kənd əhalisində qorxuya səbəb olub.
Sakinlər deyir ki, valideynlər artıq övladlarını məktəbə göndərməyə qorxur. Onlar məcbur qalıb əllərinə balta, yaba, dəryaz götürərək canavarları kəndlərdən uzaqlaşdırmağa çalışırlar.
Qeyd edək ki, canavarların heyvanlara hücum çəkib parçalaması nəticəsində, vətəndaşlara küllü miqdarda ziyan dəyib.
Sakinlər aidiyyəti qurumlardan canavarların kəndlərdən uzaqlaşdırılmasında onlara köməklik göstərməsini xahiş edirlər.(apa)