AZ

Peskov rus xalqına səsləndi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Kremlin mətbuat katibi Dmitri Peskov xalqı Rusiya Prezidenti Vladimir Putinin yolunu izləməyə və Ukrayna lideri Volodimir Zelenskini görməzdən gəlməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinlə söhbəti zamanı danışıb.

Peskov Zelenskinin bu yaxınlarda verdiyi müsahibəni belə şərh edib:

“Gəlin, Zelenskiyə fikir verməyək. Bizim prezidentimiz, Prezident Vladimir Putindir. O, həmişə hörmətli bir davranış sərgiləyir”.

Mətbuat katibi həmçinin qeyd edib ki, Putin heç vaxt digər dövlət başçıları haqqında pis sözlər deməyə icazə vermir:

“Hətta onlar tənqidə layiq olsalar belə, reallıq budur”.

Qeyd edək ki, Ukrayna lideri Cenevrə danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskini sərt tənqid edib.

Zelenski Rusiya prezidentinin köməkçisinin hazırkı münaqişənin tarixi mənşəyi ilə bağlı açıqlamalarını tənqid edərək qeyd edib ki, onun “bu cür zibillərə ayırmağa vaxtı yoxdur”.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
globalinfo.az

1Mənbələr