AZ

“Qarabağ”ın “Nyukasl”la oyununu o idarə edəcək

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Publika.az xəbər verir ki, “Sent-Ceyms Park”da keçiriləcək görüş italiyalı FIFA referisi Devid Massaya tapşırılıb.

Ona həmyerlisi Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək.

VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (Almaniya) olacaq.

Seçilən
4
9
publika.az

10Mənbələr