AZ

"Nyukasl" - "Qarabağ" oyununun baş hakimi açıqlandı

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, oyun italiyalı 44 yaşlı tanınmış hakim Davide Massaya tapşırılıb.

Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR hakimi Daniele Kiffi, VAR hakiminin köməkçisi isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaq.

Xatırladaq ki, “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə fevralın 24-ü, saat 00.00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.

Seçilən
0
5
football-plus.az

10Mənbələr