AZ

İctimai nəqliyyatda yuxuya getmək nə dərəcədə zərərlidir? - Mütəxəssisdən AÇIQLAMA

İctimai nəqliyyatda yuxuya getmək sağlamlığa zərərlidirmi?

Redaktor.az-ın xəbərinə görə, bu barədə rusiyalı mütəxəssis Alyona Qavrilova aif.ru nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, yolda yuxuya getməyin özü təhlükəli deyil.

"Burada anlamaq vacibdir ki, insan konkret olaraq ictimai nəqliyyatda niyə yuxuya gedir? Yəni əgər kimdəsə yuxu çatışmazlığı varsa, məsələn, tez durub işə getməli olursa və gec yatırsa, o zaman yolda yatmaq hətta faydalı olacaq", - deyə Alyona Qavrilova izah etdi.

O vurğulayıb ki, səfər zamanı qısa yuxu orqanizmin istirahət çatışmazlığını kompensasiya etməsinə və insanın özünü yaxşı hiss etməsinə kömək edə bilər.

Lakin əgər insan gecə kifayət qədər yatırsa, lakin eyni zamanda gündüz vaxtı bariz şəkildə yuxululuq hiss edirsə və müntəzəm olaraq ictimai nəqliyyatda yuxuya gedirsə, bu, sağlamlıqla bağlı mümkün problemlərinin göstəricisi ola bilər.

"Bu, yuxu pozuntusu və ya həddindən artıq yuxululuğa səbəb olan somatik problemlər ola bilər. İnsanın ictimai nəqliyyatda yuxuya getməsi faktı özlüyündə zərərli deyil, lakin bunun niyə baş verdiyini xüsusi olaraq araşdırmaq vacibdir", - deyə mütəxəssis qeyd edib.

Alyona Qavrilova tövsiyə edir ki, əgər müntəzəm və izah olunmayan yuxululuq hiss olunursa, səbəbini müəyyən etmək və vəziyyəti dərhal həll etmək üçün həkimə müraciət etmək lazımdır.

Seçilən
4
6
redaktor.az

7Mənbələr