AZ

“Nyikasl” - “Qarabağ” oyununun hakimləri açıqlandı

BAKI, 22 fevral. TELEQRAF

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Teleqraf xəbər verir ki, “Sent-Ceyms Park”da keçiriləcək görüş italiyalı FIFA referisi Devid Massaya tapşırılıb.

Ona italiyalı Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaq.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Seçilən
12
9
teleqraf.com

10Mənbələr