Bakı. Trend:
Macarıstan Ukrayna "Drujba" boru kəməri ilə neft tədarükünübərpa edənə qədər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-cisanksiya paketini bloklayacaq.
Trend-in məlumatına görə, bu barədə Macarıstan xarici işlərnaziri Peter Siyarto "X" sosial şəbəkəsində yazıb.
"Sabahkı iclasda Aİ Xarici İşlər Nazirləri Şurası [Rusiyayaqarşı] 20-ci sanksiya paketini qəbul etmək niyyətindədir.Macarıstan buna blok edəcək. Ukrayna "Drujba" boru kəmərivasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edənəqədər Kiyev üçün vacib qərarların qəbul edilməsinə imkanverməyəcəyik", - deyə o bildirib.