Macarıstan Ukrayna "Drujba" boru kəməri ilə neft tədarükünü bərpa edənə qədər Avropa Birliyinin (AB) Rusiyaya qarşı 20-ci sanksiya paketini bloklayacaq.
News365.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto məlumat verib.
"Sabahkı iclasda AB Xarici İşlər Nazirləri Şurası Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək niyyətindədir. Macarıstan bunu blok edəcək. Ukrayna "Drujba" boru kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa edənə qədər Kiyev üçün vacib qərarların qəbul edilməsinə imkan verməyəcəyik", - Siyarto bildirib.