AZ

Ceyms Milner Premyer Liqada rekord qırdı və bunu xüsusi hazırlanmış butslarla qeyd etdi

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasının 27-ci turunda komandasının "Brentford" üzərində 2:0 hesabı ilə qələbə qazandığı oyunda meydana xüsusi hazırlanmış butslarda çıxıb. Sport24.az xəbər verir ki, oyunu avstraliyalı hakim Carred Gillett idarə edib.

40 yaşlı Milner üçün bu matç Premyer Liqada 654-cü oyun olub. Bunu qeyd etmək üçün yarımmüdafiəçi meydana dabanında 654 nömrə yazılan butslarda çıxıb.

Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasında ən çox oyun keçirənlər siyahısına ingilis yarımmüdafiəçi Qaret Barri (653) başçılıq edirdi. İlk "beşliy"ə həmçinin yarımmüdafiəçilər Rayan Giqqz (632), Frenk Lempard (609) və qapıçı Devid Ceyms (572) daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
16
sport24.az

10Mənbələr