AZ

Bakıda yeni marşrut xətti işə düşüb

Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə “Cebheinfo.az”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.

“Cebheinfo.az”

Seçilən
6
35
cebheinfo.az

10Mənbələr