Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qadın şahmatçılar arasında Azərbaycan çempionu bu gün məlum olacaq.
İdman.Biz xəbər verir ki, turnirin həlledici final mərhələsində Ayan Allahverdiyeva Ülviyyə Fətəliyeva ilə qarşılaşacaq.
Klassik görüşdən sonra ümumi hesab 1-1 olduğundan, qalib tərəf tay-brek partiyalarında müəyyənləşəcək.
Qeyd edək ki, dünən kişi şahmatçılar arasında keçirilən Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb. Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
Bürünc medalın sahibi isə Aydın Süleymanlı olub. O, Read Səmədovu ikinci görüşdə də məğlubiyyətə uğradaraq ümumi 2-0 hesabı ilə qalib gəlib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.