AZ

Ermənistan Azərbaycandan enerji sahəsində asılı duruma düşəcək



Azərbaycanla Rusiya arasında olan gərginliyin əsl mənbəyi Ermənistandır. Azərbaycan Rusiyadan Ermənistanı almaq istəyir. ABŞ-la indiki yaxınlaşma da Azərbaycana buna görə lazımdır. Azərbaycanın Ermənistanla başlatdığı iqtisadi əlaqələrin kökündə də bu məqsəd dayanır. Azərbaycan dövləti yaxşı başa düşür ki, Trampın hakimiyyəti dövründə bu istəyini böyük ölçüdə həyata keçirə bilər. Zəngəzur dəhlizinin açılmasına İran və Rusiyanın mane olmasının qarşısını ancaq Tramp ala bilərdi. Trampdan sonrakı dövrə kimi isə daşlar böyük ölçüdə yerinə oturacaq.

Zəngəzur dəhlizi açılacaq, digər kommunikasiyalar da işə düşəcək. Ermənistan Azərbaycandan enerji sahəsində asılı duruma düşəcək. Bu inteqrasiya artıqca Ermənistan Azərbaycanın təsir dairəsinə düşəcək ki, Türkiyə də bunda əsas rol oynayacaq.

Rusiyanın Ermənistandan çıxarılması üçün ona təsir rıçaqlarını zəiflətmək lazımdır. Azərbaycan ABŞ-ın əli ilə Ermənistanın daxilinə nüfuz edə bilər. Birgə müxtəlif investisiyalar yolu ilə Ermənistan tədricən Azərbaycana bağlana bilər. Bura Ermənistana elektrik, qaz, yanacaq, müxtəlif sənaye məhsulları ötürülməsindən tutmuş zamanla inşaat, turizm sahələrində fəaliyyətə kimi bir çox sahələr aid ola biləcək. Maksimum dərəcədə Ermənistanla inteqrasiyanı artırmaq əsas prioritet olacaq. Hətta hərbi sahədə əməkdaşlıq daha vacib məsələ ola bilər.

Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Seçilən
22
1
newscenter.az

2Mənbələr