AZ

Trampın xüsusi nümayəndəsi: "Ukrayna üzrə yeni danışıqlar üç həftədən sonra keçirilə bilər"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ümidvar olduğunu bildirib ki, növbəti üç həftə ərzində Ukrayna üzrə danışıqların yeni raundu baş tuta və bu, sonradan Rusiya lideri Vladimir Putinlə Ukrayna dövlət başçısı Volodimir Zelenskinin görüşünə yol aça bilər.

Moderator.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bəhs edib.

"Mən və Cared Kuşner ümid edirik ki, hər iki tərəfə təqdim etdiyimiz bəzi təkliflər növbəti üç həftə ərzində onların görüşünə və bəlkə də Zelenski ilə Prezident Putinin sammitinə gətirib çıxaracaq. Müəyyən bir məqamda bu, hətta ABŞ prezidenti ilə üçtərəfli görüşə də çevrilə bilər. Hesab edirəm ki, Tramp bu məsələyə son qoya biləcəyini və ən yaxşı nəticəni əldə edəcəyini başa düşməsə, görüşdə iştirak etmək istəməyəcək", - deyə Uitkoff vurğulayıb.

Seçilən
22
moderator.az

1Mənbələr