AZ

İngiltərə Premyer Liqasında yeni rekordçu müəyyənləşdi

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, "Opta Sports" 40 yaşlı futbolçunun ən çox oyun keçirən futbolçu olduğunu açıqlayıb.

İngilis futbolçu komandasının 27-ci turun oyununda "Brentford"la matçda start heyətində yer alıb. Bu, onun yarışdakı 654-cü oyunu olub. Milner indiyə qədər 653 oyunla rekord müəllifi olan Qaret Barrini geridə qoyub.

Ceyms Milner əvvəllər "Liverpul", "Mançester Siti", "Nyukasl", "Aston Villa" və "Lids"də oynayıb.

"Brayton" 26 oyundan sonra 31 xalla Premyer Liqa turnir cədvəlində 14-cü yerdədir.

Seçilən
0
16
fanat.az

10Mənbələr