AZ

İsveçdə atmosferə atılan emissiyaların həcmi artdı

Bakı. Trend:

İsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari ölkəniniqlim siyasətinin mənfi istiqamətdə inkişaf etdiyini deyib.

Trend xəbər verir ki, “Ekot”radiosuna müsahibəsində nazirin bildirdiyinə görə, atmosferə atılanemissiyaların azaldılması tempi milli və beynəlxalq məqsədlərə nailolmaq üçün çox aşağıdır, 2024-cü ildə isə emissiyaların həcmi hətta7 faiz artıb.

Nazirin sözlərinə görə, bunun səbəblərindən biri 2022-ci ildəelektrik enerjisi və yanacaq qiymətlərinin yüksək olması fonundaseçicilərin təkidi ilə bioloji yanacağın payına dair tələblərinqismən azaldılması olub.

R.Purmoxtari çıxış yolu kimi siyasi tədbirləringücləndirilməsini, ilk növbədə nəqliyyatın elektrikləşdirilməsininsürətləndirilməsini, enerjidoldurma stansiyaları şəbəkəsinininkişaf etdirilməsini, iqlim subsidiyalarının genişləndirilməsinivə dəmir yolu infrastrukturuna investisiyaların artırılmasınıgöstərir.

“Biz demokratiya şəraitində yaşayırıq. Seçki kampaniyalarızamanı bəzi məsələlər ön plana çıxır. Hər kəs 2022-ci ilixatırlayır, o zaman əsas diqqət elektrik enerjisi və yanacağınyüksək qiymətlərinə yönəlmişdi. Gələcəkdə belə yanaşmadan qaçmaq,iqlim probleminin həllində yalnız bir üsula üstünlük verməmək,əksinə, geniş tədbirlər kompleksindən istifadə etmək lazımdır”, –deyə o bildirib.

Seçilən
5
3
az.trend.az

4Mənbələr