AZ

ABŞ İranın uran zənginləşdirmə proqramını tam dayandırmaq tələbini ləğv edib

BAKI, 22 fevral. TELEQRAF

ABŞ administrasiyası İranın uranın zənginləşdirilməsini davam etdirməklə bağlı qırmızı xəttini qəbul edib və sıfır zənginləşdirmə tələbindən geri çəkilib.

Teleqraf xəbər verir ki, bu barədə "ISNA" agentliyi iranlı diplomata istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, Vaşinqton artıq İranın uranın zənginləşdirilməsi proqramının tamamilə dayandırılması tələbini irəli sürmür. Hazırda müzakirələrin əsas mövzusu Tehranın nüvə proqramının texniki parametrləridir, sentrifuqaların yerləşdiyi məkan, onların sayı və zənginləşdirmə səviyyəsi.

Məlumatda bildirilir ki, bu yanaşma İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçinin açıqlaması ilə də üst-üstə düşür. O, fevralın 20-də Vaşinqtonun sıfır zənginləşdirmə prinsipində israr etmədiyini təsdiqləyib.

Seçilən
32
teleqraf.com

1Mənbələr