AZ

Orxan Zeynallı: Həyatımda qazandığım uğurların heç birində atam yanımda olmayıb VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı reper Orxan Zeynallı olub.

Sənətçi həmişə olduğu kimi göründüyünü söyləyərək dinləyicisini heç vaxt aldatmadığını bildirib:

Orxan Zeynallı: "Həyatımda qazandığım uğurların heç birində atam yanımda olmayıb" - VİDEO

"Çox səhvlər etmişəm, amma onları qəbul edib düzəltməyə çalışmışam. Həmişə olduğum kimi görünmüşəm. Mənə deyirdilər ki, müəyyən səviyyədən sonra avtobusda, adi məkanlarda görünmək olmaz. Amma özümü çərçivəyə salmağı sevmirəm. Bu həyatda ən önəmli şey azadlıqdır. Dinləyiciyə özümü baha satmaq üçün süni obraz yarada bilmərəm".

O, atasının vəfatı ilə bağlı yaşadığı peşmanlıq hissindən də danışıb:

"Atam xəstələnəndə və dünyasını dəyişəndə yanında ola bilmədim. Utandığım üçün onun məzarını ziyarət edə bilmirəm. Bu, uzun illər mənimlə yaşayacaq bir günahkarlıq hissidir. Həyatımda qazandığım uğurların heç birində atam yanımda olmayıb. 12-13 yaşında əldə etdiyin uğurlar valideyn tərəfindən dəstəklənmirsə, sən 30-40 yaşına çatıb böyük nailiyyətlər əldə etsən belə, yenə də bir təsdiq axtarırsan. Minlərlə insanın alqışı belə sənə bəs etmir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
4
oxu.az

5Mənbələr