AZ

Maka Botçorişvili: Ermənistan Azərbaycan arasında yeni yollar regiona fayda verəcək

ain.az bildirir, Modern.az portalına istinadən.

Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Ermənistan və Azərbaycan arasında yeni nəqliyyat yollarının tikintisinin Cənubi Qafqaz regionu üçün faydalı olacağını bildirib.

Modern.az xəbər verir ki, o, “Imedi LIVE” efirində çıxışı zamanı qeyd edib ki, bu layihələr Gürcüstanın tranzit marşrutlarına rəqib kimi qiymətləndirilmir.

Nazir vurğulayıb ki, Gürcüstanın strateji coğrafi mövqeyi onu regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirir və heç bir yeni marşrut ölkənin rolunu əvəz edə bilməz.

Botçorişvili bildirib ki, yeni yolların açılması regionun nəqliyyat əlçatanlığını artıracaq və Qərb ilə Şərq arasında artan yükdaşımalar fonunda əlavə marşrutlara ehtiyac var. Onun sözlərinə görə, hətta bir neçə yeni yol istifadəyə verilsə belə, bu, artan tələbatı tam qarşılamaq üçün kifayət etməyə bilər.

Nazir əlavə edib ki, Gürcüstan bu prosesi müsbət qarşılayır və bunu rəqabət deyil, regional əməkdaşlıq və inkişaf kimi qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
modern.az

1Mənbələr