Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ramazan ayının gəlişi ilə paytaxtda fəaliyyət göstərən restoranlar iftar süfrələri üçün xüsusi menyular təqdim etməyə başlayıb. Hər restoranın menyusu həm çeşid, həm də qiymət baxımından fərqlənir. Sadə büdcəyə uyğun seçimlərdən tutmuş lüks və zəngin süfrələrə qədər müxtəlif variantlar mövcuddur.Demokrat.az xəbər verir ki, "Yeni Sabah" paytaxtın müxtəlif restoranlarında təqdim olunan iftar menyularının qiymətlərini araşdırıb. Qiymətlər bahadan ucuza doğru belədir:Zafferano (Four Seasons Hotel Baku) – Lüks restoranın iftar menyusu bir nəfər üçün təxminən 120 AZN təşkil edir. Zəngin şirniyyatlar, fərqli milli və dünya mətbəxi nümunələri ilə diqqət çəkir.Le Bistro (Fairmont Baku) – Otel restoranının təqdim etdiyi lüks iftar menyularının qiyməti 88 AZN civarındadır. Burada həm klassik Azərbaycan, həm də beynəlxalq təamlar süfrəyə çıxarılır.Tribeca Restaurant & Bar (The Ritz Carlton Baku) – Lüks seqmentdə bir nəfər üçün iftar menyusu təxminən 85 AZN-dir. Restoranın rəsmi “İnstagram” paylaşımlarında menyuların xüsusi diqqətlə hazırlandığı vurğulanır.Baku Marriott Hotel Boulevard (Khamsa / şəbəkə) – Həftəlik xüsusi iftar setləri 48 AZN-dən başlayan qiymətlərlə təqdim olunur.BOSFOR Restaurant – Ramazan ayına özəl menyu bir nəfər üçün 30 AZN-dir.Əncir Restoran (Bulvar) – İftar menyusu 1 nəfər üçün toyuq yeməyi ilə 28 AZN, ət yeməyi ilə isə 30 AZN.Vogue Baku Restaurant – Ramazan ayı üçün hazırlanan iftar menyusu 28 AZN-dir.Beyzade Restoran – 3 fərqli iftar menyusu hər biri bir nəfər üçün 27 AZN-dir və daha sadə büdcəyə uyğun seçim təqdim edir.Qeyd edək ki, paytaxtda iftar süfrələri üçün seçim çox genişdir. Hər zövqə və büdcəyə uyğun restoran tapmaq mümkündür və həm sadə, həm də lüks variantlar mövcuddur.Həmçinin qiymətlərdən əlavə, demək olar ki, bütün restoranlarda xidmət haqqı olaraq 10% əlavə ödənilir.Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.