AZ

İran Hörmüz boğazında zenit raketini sınaqdan keçirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən genişmiqyaslı təlimlər zamanı "Səyyad-3" zenit raketinin dəniz versiyasını sınaqdan keçiriblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

"İranın uzunmənzilli "Səyyad-3G" zenit raketinin dəniz versiyası SEPAH tərəfindən keçirilən hərbi təlimlər zamanı ilk dəfə uğurla sınaqdan keçirilib", - məlumatda deyilir.

Agentlik raketin "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimi zamanı "Şəhid Səyyad Şirazi" hərbi gəmisindən atıldığını bildirib.

Seçilən
4
9
far.az

10Mənbələr