AZ

Qonaq getmişdilər, evləri yandı

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəlilabadda ikimərtəbəli evdə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanğın Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissələrinin texnika və canlı qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə evi bürüdüyündən, bütün səylərə baxmayaraq, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Bildirilir ki, ev sahibi ailəsi ilə birlikdə qonaq getdiyindən hadisədən gec xəbər tutub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
qafqazinfo.az

1Mənbələr