AZ

İranda yenidən etirazlar başladı: Tələbələr küçələrə çıxdılar

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

İranın paytaxtı Tehranın Şərif Universitetində bir qrup tələbə etiraz aksiyası keçirib.

BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Kadrlarda aksiya iştirakçıları "Azadlıq, azadlıq, azadlıq!", "Molla kəfənə bürünməyincə, bu vətən vətən olmayacaq!", "Biz vuruşacağıq, biz öləcəyik, İranı geri alacağıq!" kimi şüarlar səsləndiriblər.

Qeyd edilir ki, etiraz aksiyası zamanı "Bəsic" yarımhərbi təşkilatının döyüşçüləri kampus ərazisinə daxil olublar və tələbələrə qarşı zorakılıq tətbiq ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
8
baku.ws

10Mənbələr