AZ

Ölkə kubokunda finalçılar müəyyənləşdi

Basketbol üzrə ölkə kbokunda finalçılar müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu, "Gəncə" və "Şəki" arasında keçirilən yarımfinal oyunundan sonra bəlli olub. Bakı İdman Sarayında təşkil olunan matçda rəqibini 97:71 hesabı ilə məğlub edən Gəncə kollektivi adını finala yazdırıb. Qərb təmsilçisinin həlledici raunddakı rəqibi "Ordu"nu 83:66 hesabı ilə üstələyən "Sabah" olacaq.

Ölkə kubokunun final matçı sabah, saat 17.00-da başlayacaq.

Seçilən
8
5
football-plus.az

9Mənbələr