AZ

Makron sevindirən qərar: Trampın rüsumları qanunsuzdur – VİDEO

Fransa Prezidenti Emmanuel Makron ABŞ-də Ali Məhkəmənin prezident Donald Tramp tərəfindən tətbiq edilən gömrük rüsumlarının böyük hissəsini qanunsuz hesab etməsini müsbət qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, Makron jurnalistlərlə söhbətində bildirib ki, “Supreme Court of the United States” kimi qurumların mövcudluğu və qanunun aliliyinin qorunması demokratiya üçün vacibdir.

Onun sözlərinə görə, bəzi siyasətçilər ali məhkəmələri siyasi həyat üçün problem hesab etsələr də, bu hadisə əksini göstərir.

“Ali məhkəmələrin və qanunun aliliyinin mövcudluğu pis hal deyil. Bəzi insanlar ali məhkəmələri siyasi həyat üçün problem sayır. Amma burada Ali Məhkəmə Konstitusiyanı nəzərdən keçirdi və bəyan etdi ki, müəyyən qərarlar ona uyğun deyil. Hamı da deyir ki, bu yaxşıdır. Demokratiyada qüvvə və əks-qüvvələrin olması faydalıdır”, – deyə Makron vurğulayıb.

Fransa prezidenti eyni zamanda prosesdə tələskənliyə yol verilməməsinin vacibliyini qeyd edib. O bildirib ki, məhkəmə qərarından cəmi bir neçə saat sonra Donald Tramp yeni tədbirlər elan edib və rüsumları daha məhdud formada, lakin hamıya şamil etməklə yenidən tətbiq etməyə çalışıb.

“Buna görə də biz nəticələri diqqətlə araşdıracağıq, mümkün addımları dəyərləndirəcəyik və vəziyyətə uyğun şəkildə hərəkət edəcəyik”, – deyə Makron əlavə edib.

Qeyd edək ki, ABŞ-də Ali Məhkəmənin qərarı və Trampın buna cavab olaraq yeni tədbirlər elan etməsi beynəlxalq ticarət münasibətlərində yeni müzakirələrə səbəb olub.

Sara

NOCOMMENT.az 

Seçilən
20
nocomment.az

1Mənbələr