AZ

"Beşiktaş" və "Fənərbağça"nın futbolçuları Azərbaycan millisinə çağırıldılar - Heyət açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 24-də təlim-məşq toplanışına başlayacaq.

Fanat.Az xəbər verir ki, millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 3-də Bakıda Şimali Makedoniya, 7-də isə Felksutda Macarıstan yığması ilə qarşılaşacaq.

Yığmaya dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Aytac Şərifova ("Yüksekova", Türkiyə), Nərgiz Əliyeva ("Neftçi"), Günay İsmayılova ("Giresun Sanayispor", Türkiyə), Mehriban Şahməmmədova (klubsuz), Nigar Mirzaliyeva ("Hamburq", Almaniya), Manə Mollayeva ("Neftçi"), Vüsalə Seyfəddinova ("Neftçi"), Jalə Məhsimova ("Yüksekova", Türkiyə), Coşqunə Əliyeva ("Qaziantep Safir", Türkiyə),
Sevinc Cəfərzadə ("Yüksekova", Türkiyə), Kristina Bakarandze ("Nike Lusso", Gürcüstan), Ayşən Əhmədova ("Amed Spor", Türkiyə), Milana Rəhimova ("Lyuboten", Şimali Makedoniya), Ayşən Salamzadə ("Neftçi"), Yeliz Acar ("Beşiktaş", Türkiyə), Mədinə Curuqova ("Neftçi"), Peritan Bozdağ ("Fənərbağça", Türkiyə), Alina Nəhmədova ("Partizan", Serbiya), Aysun Muradova ("Haymana", Türkiyə), Kamilla Məmmədova ("Dirçəliş"), Xanım Əsədova ("Neftçi"), Nərgiz Hacıyeva ("Şəfa"), Vüsalə Hacıyeva ("Yüksekova", Türkiyə), Aydan Həsənova ("Neftçi").

Seçilən
6
7
fanat.az

10Mənbələr