AZ

MTX azərbaycanlılarla bağlı açıqlama yaydı

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) iki  nəfər azərbaycanlının Ermənistana səfər etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistanın xüsusi xidmət orqanı “Armenpress”in sorğusuna cavabında açıqlama verib. 

Ermənistana səfər edən azərbaycanlıların Rusiya vətəndaşları olduğu bildirilir. Qeyd edilir ki, onlar Ermənistana 2013-cü və 2014-cü illərdə də səfər ediblər.

Milli Təhlükəsilik Xidmətindən bildirlib ki, azərbaycanlılar Ermənistana Baqrataşen (Ləmbəli kəndi. Gürcüstan-Ermənistan sərhədi-red.) keçid məntəqəsindən daxil olublar. Onların səfəri şəxsi xarakter daşıyıb.

Qeyd edək ki, mediada və sosial şəbəkələrdə iki azərbaycanlının İrəvan, Gümrü və Şirak bölgəsinin Amasiya kəndi də daxil olmaqla bir neçə Ermənistan şəhərinə səfər etdiyini göstərən paylaşımlar yayılmışdı.

Videogörüntülərdən onların Amasiyadakı ata-baba yurdunu ziyarət etmək üçün getdiyi və hətta Ermənistan polis patrulları ilə söhbət etdikləri görünür. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr