AZ

Bu gün “Araz”ın yolunun üstündə “Karvan” var - CANLI YAYIM

Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, günün yeganə matçında cari mövsümün ortabab komandalarından "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq.

Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.

Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə "Araz-Naxçıvan" qalib gəlib - 2:1.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da başlayacaq.

Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla altıncıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

Turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb.

Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.

14:30. Karvan-Yevlax – Araz-Naxçıvan 0:0
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu

Seçilən
20
sportinfo.az

1Mənbələr