AZ

Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Yevlax rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə baş verib.

Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.

Qeyd edək ki, mərhum  əsgər iki ay sonra tərxis olunacaqdı.

Tural Əhmədov

Seçilən
17
30
unikal.az

10Mənbələr