AZ

FHN əməkdaşlarının faciədən saniyələr əvvəl görüntüləri yayıldı Video

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. 

“Sitat.info xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir. 

Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub. Qəza məhz bu görüntülərin çəkilişi zamanı qeydə alınıb. Həssas görüntülər olduğu üçün qəza anı yayımlanmayıb.

Xatırladaq ki, hadisə nəticəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 42 yaşlı Piriyev Hakim Şahlar oğlu vəfat edib. Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmin videonu təqdim edirik:

@sitat.info FHN əməkdaşlarının son görüntüləri #tecilixeber #sondeqiqe #fypシ゚viral #xeberler #təcili ♬ Sad - Max-Music

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
5
sitat.info

6Mənbələr