AZ

Olimpiadada dəhşətli zədə - konki polşalı idmançının üzünü kəsdi - VİDEO

İtaliyada keçirilən Qış Olimpiya Oyunları çərçivəsində sürətli konkisürmə yarışında insident yaşanıb.

1500 metr məsafəyə dörddəbir final yürüşündə Polşa təmsilçisi Kamila Sellier ciddi üz nahiyəsi zədəsi alıb.

İdmançı finişə yaxın dövrələrdə liderlər qrupunda yer alıb. Onu ötməyə çalışan ABŞ nümayəndəsi Kristentos Qrisvoldlə təmas zamanı yıxılma baş verib. Nəticədə rəqibin konki bıçağı Sellierin gözaltı nahiyəsinə dəyib.

Zərbə o qədər güclü olub ki, polşalı idmançının qoruyucu eynəyi parçalanıb, üzü dərhal qana boyanıb. Həkim briqadası dərhal buz meydançasına daxil olaraq ilkin tibbi yardım göstərib və Sellier xərəkdə arenadan çıxarılıb. Hazırda o, həkim nəzarətindədir.

Hakimlər qayda pozuntusuna görə həm polşalı idmançını, həm də ABŞ təmsilçisini diskvalifikasiya ediblər. Yürüş onların iştirakı olmadan yenidən keçirilib.

İdman.Biz
Seçilən
18
idman.biz

1Mənbələr