AZ

“Müharibə bu il qurtarmayacaq”

Agentliyə açıqlama verənlərdən biri deyib ki, bugünlərdə Cenevrədə keçirilən danışıqlar tamaşadan başqa bir şey deyil. Onun sözlərinə görə, Vaşinqton Konqresə keçiriləcək aralıq seçkilərə qədər heç olmasa hansısa nəticəyə nail olmaq istəyir. Amma Rusiya sülhə tələsmir və qarşısına qoyduğu məqsədlərə nail olmağa can atır. Həmin məqsədlərin arasında Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması və Avropa ilə Rusiyanın arasında bufer zonanın yaradılması da var.

Agentliyin digər həmsöhbəti bildirib ki, Rusiyanın iqtisadiyyatı hələ ki ona müharibə aparmağa imkan verir. Amma ilin ikinci yarısında imkanları zəifləyəcək.

Qeyd edək ki, hazırda Rusiya Ukrayna qoşunlarının Donetskin özünün nəzarət etmədiyi 20% ərazisindən çıxmasını tələb edir. Ukrayna bununla razılaşmır.

Kəşfiyyat xidmətlərinin rəhbərlərindən biri deyib ki, Moskva ABŞ ilə danışıqları biri müharibə, o biri isə ikitərəfli münasibətlərlə bağlı olan iki trekə ayırmaq istəyir. Bir qədər əvvəl Zelenski bildirmişdi ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Moskva ilə Vaşinqton 12 trilyon dollarlıq layihələri müzakirə edirlər.

Tariyel Həsənov
AzVision.az

Seçilən
22
1
azvision.az

2Mənbələr