AZ

Anti-milli qrupların növbəti uğursuz aksiyası

Hazırda beynəlxalq müstəvidə çox mürəkkəb proseslər baş verir. Yeni dünya nizamının formalaşdırılması milli dövlətlər üçün bir çağırışdır. İndiki geosiyasi proseslər fonunda milli dövlətlərin qlobal sistemdə yeri və rolu, müstəqilliyinin və suverenliyinin qorunması məhz həyata keçirilən  siyasətdən, liderin yaxın və uzaq hədəfləri düzgün müəyyənləşdirməsindən, ölkəsi üçün geniş manevr imkanları yaratmasındandan  asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lideridövləti olan Azərbaycanın mövqeyi xüsusi vurğulanmalıdır. Ölkəmizin Sülh Şurasının təsisçi üzvlərindən biri olması özlüyündə mühüm mesajdır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. 

Deputat bildirib ki, bu gün Azərbaycan dünyada güclü və nüfuzlu ölkə kimi tanınır. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin mili maraqlara və “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir. Buna görə də ölkəmizin milli gücü sarsılmazdır və cənab İlham Əliyev cəmiyyətin bütün sosial təbəqələri tərəfindən əvəzolunmaz Lider kimi qəbul olunur. Eyni zamanda, son vaxtlarda baş verən hadisələr, o cümlədən qlobal platformalarda Azərbaycan Prezidentinə göstərilən böyük hörmət və ehtiram ölkəmizin və onun Liderinin artan beynəlxalq nüfuzunun göstəricisidir. Nəzərə alaq ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın Sülh Şurasının təsisçi dövlətləri sırasına dəvət olunmasında məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu müstəsna rol oynayır. Yanvarın 22-də isə dövlətimizin başçısı Davosda Sülh Şurasının Nizamnamısini imzalayıb. Fevralın 19-da isə Prezident İlham Əliyev Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak edib.

Azərbaycanın uğurları fonunda ölkəmizin nüfuzuna zərər vurmaq istəyən anti-milli qruplar hələ də var. Həmin ünsürlər anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alətdir. Vaşinqtonda onların təxribat cəhdləri də bunu göstərir. Xaricdə məskunlaşmış bəzi anti-Azərbaycan dairələrinin növbəti dəfə aqressiv davranış sərgiləməsi cəmiyyət üçün gözlənilməz hadisə deyil. Öz radikal mövqeləri və qarşıdurma ritorikası ilə seçilən həmin qrup ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaldığı hotelin qarşısında insident yaratmağa cəhd edib. Onların təhlükəsizlik qaydalarını pozaraq əraziyə daxil olmağa çalışması, qeyri-etik şüarlar səsləndirməsi və təxribat xarakterli davranışlar nümayiş etdirməsi ictimaiyyət tərəfindən birmənalı pislənib.

Sosial mediada yayılan görüntülər göstərir ki, məqsəd sadəcə etiraz aksiyası keçirmək deyil, həm də ölkə rəhbərinin təhlükəsizliyi və dövlətimizin nüfuzu ətrafında süni gərginlik yaratmaq olub. Bu cür addımlar söz və fikir azadlığı anlayışından uzaqdır. Əksinə, siyasi motivlərlə hərəkət edən, radikal baxışların təsiri altında olan və qarşıdurma mühiti formalaşdırmağa çalışan marjinal qrupların fəaliyyətidir.

Dövlət başçısına yönələn istənilən təzyiq və ya təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan təzyiq və qarayaxma kampaniyalarının elementidir.

Hadisənin Ermənistanla sülh sazişi üzrə danışıqların intensivləşdiyi bir dövrdə baş verməsi də diqqət çəkir. Regionda davamlı sülhün bərqərar olmasını istəməyən bəzi revanşist və radikal qüvvələr məhz belə həssas mərhələlərdə prosesi pozmağa çalışırlar. Onlar sabitliyin və əməkdaşlığın möhkəmlənməsini öz maraqlarına zidd hesab edir, gərginliyin davam etməsində maraqlı olduqlarını müxtəlif vasitələrlə nümayiş etdirirlər.

“Demokratiya və insan haqlarından danışan həmin kiçik qrup əslində davranış tərzləri ilə əxlaqi dəyərlərdən nə qədər uzaq olduqlarını nümayiş etdirdilər. Bu fakt onların cılızlığının bariz göstəricisidir. Həmin qrup kimlərinsə sifarişlərini yerinə yetirməyə çalışdı, amma anlamırlar ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır. Belə cılız əməllərlə ölkəmizin və onun liderinin nüfuzuna zərər vurmaq mümkün deyil

Pərvin Kərimzadə

Milli Məclisin deputatı

Seçilən
21
sabahinfo.az

1Mənbələr