AZ

ABŞ İranı necə vuracaq? Mərhələli hücum planlaşdırılır

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda ABŞ mediası Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyat planları barədə məlumat yayıb. 

Bildirilir ki, ABŞ ilkin mərhələdə məhdud zərbələrlə başlamağı, əməliyyatın gedişatından asılı olaraq isə hücumların miqyasını genişləndirməyi planlaşdırır.

Donald Tramp İranla bağlı qərarını 10–15 gün ərzində verə biləcəyini açıqlayıb. O, jurnalistin “İran razılaşmaya getməzsə, məhdud hərbi müdaxilə mümkündürmü?” sualına cavab olaraq İrana qarşı məhdud zərbəni nəzərdən keçirdiyini bildirib.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, ilk mərhələdə bir neçə hərbi obyekt və ya hökumət binası hədəf alına bilər. Əgər Tehran Vaşinqtonun tələblərini yerinə yetirməzsə, əməliyyatların mərhələli şəkildə genişləndirilməsi istisna edilmir.

Məlumatlarda qeyd olunur ki, ABŞ-nin bölgədə yerləşdirdiyi qüvvələr bir gün ərzində ən azı 125 bombardıman həyata keçirmək imkanına malikdir. Təxminən bir aydır Ərəb dənizində fəaliyyət göstərən USS Abraham Lincoln aviadaşıyıcısının da gündə 125-ə qədər zərbə endirmək gücündə olduğu bildirilir. 

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr