AZ

Sumqayıt–Laçın reysi fəaliyyətə başlayır

BAKI, 21 fevral. TELEQRAF

23 fevral tarixindən etibarən Sumqayıt–Laçın istiqamətində müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq.

Marşrut Xocalı, Xankəndi və Şuşa şəhərlərindən keçəcək. Reys hər gün həyata keçiriləcək.

Hərəkət cədvəlinə əsasən, avtobus Sumqayıt Avtovağzalından Laçın istiqamətində saat 07:00-da, Laçından isə Sumqayıt Avtovağzalına saat 17:00-da yola düşəcək.

Gedişhaqqı Sumqayıt–Laçın marşrutu üzrə 16,60 manat, Sumqayıt–Xocalı üçün 14,30 manat, Sumqayıt–Xankəndi üçün 14,80 manat, Sumqayıt–Şuşa üçün isə 15,20 manat müəyyən edilib.

Seçilən
12
28
teleqraf.com

10Mənbələr