AZ

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququnda məhrum edildi

Bakı.Trend:

Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes”markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionarpostda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumatyayıb.

Bildirilir ki, sənədlərin yoxlanılması zamanı sürücünün birmüddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlbedildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğuüçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotikvasitənin təsiri altında olması aşkar edilib.

Eyni qanunazid əməli təkrar törətdiyinə görə A.Babayevməhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməkləinzibati məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsirialtında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarınınhəyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağıtələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərlitədbirlərin görüləcəyini bildirir.

Seçilən
15
19
az.trend.az

10Mənbələr