Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib. Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub. "Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda qeyd edilib.