AZ

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü matçına çıxacaq

Bu gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, B qrupunda yer alan milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-də başlayacaq.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

İdman.Biz
Seçilən
4
4
idman.biz

10Mənbələr