Salyanda yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, biri ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürə Salyan YMX-nın əməkdaşlarını avtomobil vurub. Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.