MMA döyüşçüsü Xamzat Çimayev maraqlı qərar verib.

Offsideplus.az xəbər verir ki, o, çəkisini dəyişərək kəmər döyüşünə çıxacaq.

Xamzat yüngül ağır çəkidə İrji Proxazka ilə kəmər üçün üz-üzə gələcək.

Bu döyüş aprelin 11-də UFC327 tədbirində baş tutacaq və gecənin əsas qarşılaşması olacaq.

Çimayev son olaraq ötən ilin avqustunda Drikus Dyu Plessini məğlub edərək orta çəkidə kəmərin sahibi olmuşdu.