AZ

Sink çatışmazlığının qarşısını almaq üçün nə yemək lazımdır? 9 faydalı qida

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sink – orqanizm tərəfindən sintez edilməyən əvəzsiz bir mineraldır, ona görə də onu qida vasitəsilə qəbul etmək vacibdir. 

Qaynarinfo xəbər verir ki, tibb üzrə elmlər doktoru Kollin Doqerti "VerywellHealth" saytında dərc olunmuş məqaləsində sinkin ən çox hansı məhsullarda olduğunu açıqlayıb.

İstiridyə

İstiridyə hər hansı digər məhsullardan daha çox sink ehtiva edir. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, 85 qram (təxminən 6 ədəd orta ölçülü) xam şərq istiridyəsi 33 milliqram sink ehtiva edir. Bu miqdar yetkin kişilər üçün gündəlik normanın təxminən 300%-i, hamilə olmayan qadınlar üçün isə 400%-ini təşkil edir.

Qoyun əti

Qoyun əti sinlə zəngindir, lakin istiridyə qədər deyil. 85 qram qızardılmış mal əti demək olar ki, 4 mq sink ehtiva edir (gündəlik normanın 36–50%-i). Eyni miqdarda yağsız qızardılmış mal ətində isə təxminən 6 mq sink var (gündəlik normanın 54–75%-i).

Xərçəng və lobster

Xərçəng və lobster da sinkin əla mənbəyidir. 85 qram bişmiş mavi krab əti bir qədər artıq 3 mq sink ehtiva edir (gündəlik normanın 27–37%-i). Bir stəkan bişmiş omarda isə təxminən 6 mq sink var (54–75% gündəlik norma). Karides və sardina da sink ehtiva edir.

Donuz və quş əti

Donuz, toyuq və hinduşka da yaxşı sink mənbəyidir. 85 qram donuz kotletində 1,9 mq sink  var (gündəlik normanın 17–23%-i), eyni miqdarda dərisiz qızardılmış hinduşka döşündə isə 1,5 mq sink (təxminən 17–19% gündəlik norma). Qril üzərində hazırlanmış toyuq budunda isə 1,4 mq sink mövcuddur (gündəlik normanın 13–18%-i).

Çedder pendiri

1,5 dilim çedder pendiri 1,5 mq sink ehtiva edir, bu yetkin kişilər və hamilə olmayan qadınlar üçün gündəlik normanın təxminən 14–19%-inə bərabərdir. Digər süd məhsulları – süd və qatıq da sink ehtiva edir, lakin daha az miqdarda.

Balqabaq toxumu

28 qram balqabaq tumu (təxminən 142 ədəd) 2,2 mq sink ehtiva edir (gündəlik normanın 18–25%-i). Sink həmçinin küncüt, çətənə, günəbaxan və çia tumunda da var.

Məqalədə qeyd olunur ki, tumlar və digər bitki mənşəli məhsullar (qoz-fındıq, paxlalılar) fitat ehtiva etdiyindən sinkin onlardan sovrulması heyvan mənşəli məhsullara nisbətən daha az etibarlıdır.

Keşyu

Bir stəkan qızardılmış keşyu 7,5 mq sink ehtiva edir (gündəlik normanın 68–93%-i). Digər sink ilə zəngin qoz-fındıqlar: fındıq, badam, yer fıstığı.

Lobya

Yarım stəkan bişmiş lobya 2,5 mq sink ehtiva edir (gündəlik normanın 23–31%-i). Digər paxlalılar – soya, noxud, lobya da sink ehtiva edir.

Yumurta

Bir böyük qaynadılmış yumurtada 0,5 mq sink var(gündəlik normanın 4–6%-i). Sinkin ən yüksək miqdarı sarısında olur.

Sink əlavəsinə ehtiyac olub-olmadığını necə bilmək olar?

Məqalədə qeyd olunur ki, balanslı qidalanma ilə əksər insanlar, o cümlədən vegeterianlar da kifayət qədər sink alırlar. Sink çatışmazlığı qan analizi ilə müəyyən edilə bilər. Belə halda əlavə qəbuluna ehtiyac yarana bilər.

Ekspertin sözlərinə görə, sink çatışmazlığı riskini artıran amillər: yaşlılıq, hamiləlik və südvermə dövrü, sərt veqan pəhrizi, həzm problemləri (məsələn, Kron xəstəliyi və ya seliakiya) olub sinkin sovrulmasına mənfi təsir göstərir.

ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatına görə, gündəlik tövsiyə olunan sink miqdarı hamilə olmayan qadınlar üçün 8 mq, kişilər üçün isə 11 mq təşkil edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr