AZ

“Los-Anceles Qalaksi” “Liverpul” və “Barselona”nın keçmiş oyunçusu ilə maraqlanır

ABŞ-ıın “Los-Anceles Qalaksi” klubu “Liverpul” və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Filippe Koutinyo ilə maraqlanır.

İdman.Biz bu barədə AS-a istinadən məlumat verir.

Nəşrin məlumatına görə, MLS komandası azarkeşlərin təzyiqi səbəbindən “Vasko da Qama” ilə müqaviləsini ləğv edən Koutinyonu transfer etməyə hazırdır. Amerika klubunun rəhbərliyi braziliyalı oyunçunu əvvəllər ön çarpaz bağını qoparan zədəli Riki Puiqin əvəzedicisi kimi görür.

Xatırladaq ki, Koutinyo 2024-cü ildə “Aston Villa”dan ayrılaraq Braziliya klubuna qoşulub.

Yarımmüdafiəçinin 2018-ci ildə “Liverpul”dan “Barselona”ya 145 milyon avroya transferi futbol tarixində üçüncü ən bahalı transfer olaraq qalır.

İdman.Biz
Seçilən
24
1
idman.biz

2Mənbələr