Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" rəqibi ilə qolsuz heç-heçə edib.
34-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Ba Lua penaltidən fərqlənə bilməyib.
Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 15 xalla onuncudur.
"Sumqayıt" - "Qəbələ" 0:0