AZ

Ev pişiklərində xərçəng araşdırmaları insan müalicəsində ümid ola bilər

Ev pişiklərində xərçəng araşdırmaları insan müalicəsində ümid ola bilər

Ev pişiklərində xərçəng növləri üzərində aparılan araşdırmanın həm insanlarda, həm də heyvanlarda xərçəng müalicəsinə kömək edə biləcək bənzər genetik dəyişiklikləri üzə çıxardığı qeyd edilib.

AFN.az-ın məlumatına görə, Böyük Britaniyada yerləşən "Wellcome Sanger" İnstitutu, Ontario, Bern və Kornell universitetlərinin mütəxəssisləri ilə birgə tədqiqat həyata keçirib. Beş fərqli ölkədən təxminən 500 ev pişiyindən alınan 13 fərqli xərçəng növünü analiz edən mütəxəssislər heyvanların sahibləri ilə eyni ekoloji xərçəng risklərinə məruz qaldığını, bunun da xəstəliyin bəzi səbəblərinin ən azından qismən ortaq ola biləcəyi mənasına gəldiyinə diqqət çəkiblər.

Araşdırma çərçivəsində pişiklərdə xərçəngin yaranmasına səbəb olan genetik dəyişikliklər kəşf edilərkən, bunların insanlarda görülənlərlə oxşarlıq təşkil etdiyi vurğulanıb. Buna nümunə olaraq pişiklərlə insanların süd vəzi xərçəngi arasındakı bənzərliklər göstərilib. Tədqiqatın həmmüəllifi Beyli Frensis müxtəlif növlərdəki xərçəng genomlarını müqayisə edərək xəstəliyə nədən qaynaqlandığını daha yaxşı anladıqlarını bildirib.

Frensis ən mühüm tapıntılardan birinin pişik xərçəngindəki genetik dəyişikliklərin insanlarda və itlərdə görülən bəzi dəyişikliklərlə bənzər olması faktını vurğulayıb. Həmçinin bu kəşflərin həm baytarlıq sahəsindəki mütəxəssislərə, həm də insanlarda xərçəng üzərində işləyən elm adamlarına kömək edə biləcəyi qiymətləndirilir. Araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.

Seçilən
27
afn.az

1Mənbələr