AZ

Tramp: Ali Məhkəmənin qərarı səhvdir, amma bizim çox güclü alternativlərimiz var

Vaşinqton, 20 fevral, AZƏRTAC

“Ali Məhkəmənin qərarı səhvdir. Amma bunun əhəmiyyəti yoxdur, çünki bizim çox güclü alternativlərimiz var”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib. O, federal qanunun tariflər tətbiq etmək üçün başqa maddələrinin olduğunu diqqətə çatdırıb. Lakin dövlət başçısı bunun bir az daha uzun proses olduğunu deyib.

Tramp mətbuat konfransında tarifləri ləğv etməyə səs verən hakimlərdən çox utandığını bildirib və bu qərarın dərin məyusluq doğurduğunu əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
58
4
azertag.az

5Mənbələr